Maliyyə hesabatları

5.4. Maliyyə hesabatları

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən QHT-lər illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər. İllik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2015-ci il tarixli 16 nömrəli qərarı ilə qeyd edilən Qaydaya dəyişiklik edilmişdir. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatlarının sayı azaldılmış və onlar aşağıdakılardan ibarət olmaqla müəyyən edilmişdir:

  1. Maliyyə vəziyyəti haqqında;
    2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;
    3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Bundan başqa Maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilmişdir. QHT-lərin maliyyə fəaliyyəti olmadığı təqdirdə yalnız həmin formanı dolduraraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

2015-ci ildən etibarən qeyri-hökümət təşkilatları tərəfindən hesabatlar proqram təminatından istifadə edilməklə elektron sənəd formasında hazırlanaraq Maliyyə Nazirliyinə göndərilir.

QHT proqram təminatından istifadə etmək üçün aşağıdakı prosedur qaydalarından keçməlidir:

Maliyyə Nazirliyinin rəsmi veb saytı olan www.maliyye.gov.az saytında “Elektron xidmətlər” bölməsinə daxil olaraq, www.qht-hesabat.maliyye.gov.az bölməsinə keçid etmək lazımdır.

Təşkilat ilə Maliyyə Nazirliyi arasında elektron sənəd mübadiləsini aparılması üçün təşkilat “istifadəçi kodu” və “parol” əldə etməlidir. Bunun üçün açılan pəncərədə “Yeni istifadəçinin qeydiyyatı” düyməsini sıxmaq lazımdır:

Yeni səhifədə təşkilat ilə Maliyyə Nazirliyi arasında elektron sənəd mübadiləsinin aparılmasına dair Ərizə forması doldurulmalıdır.

Qeyd edək ki, digər dövlət qurumlarından fərqli olaraq, Maliyyə Nazirliyi elektron sənəd mübadiləsi üçün müqavilə imzalanmasına ehtiyac görmür. Proqram təminatına daxil olmaq üçün “istifadəçi kodu” və “parol” Ərizəni doldurarkən qeyd etdiyiniz email ünvanına göndərilir.  İlkin olaraq bütün təşkilatlara eyni QHT parolu verilir və birinci dəfə sistemə girişə cəhd etdikdə bu parolun təşkilat tərəfindən dəyişdirilməsi tələb olunur.

“İstifadəçi kodu” və “parol”u əldə etdikdən sonra, proqram təminatına daxil olmaq üçün www.qht-hesabat.maliyye.gov.az-a saytina daxil olaraq müvafiq pəncərələri doldurmaq lazımdır.

Proqram təminatına daxil olanda aşağıdakı şəkildə pəncərə açılır:

Proqram təminatı 4 əsas bölmədən – “Qeydiyyat məlumatı”, “Nazirliyə göndərilmiş hesabatlar”, “Hesabat şablon kitabı endirin” və “Arayış formasını endirin” ibarətdir.

“Qeydiyyat məlumatı” bölməsində təşkilatın rekvizitləri (adı, VÖEN-i, qeydiyyat tarixi, kodu, faktiki ünvanı, yaradıcı heyəti və məqsədi) haqqında məlumatlar yerləşidirilir. Təşkilatın Ədliyyə Nazirliyindəki olan qeydiyyat məlumatlarında dəyişiklik olarsa, “Düzəliş et” düyməsini sıxmaqla, məlumatlarda düzəliş eymək mümkündür.

“Nazirliyə göndərilmiş hesabatlar” bölməsində isə, hazırlanmış hesabat formasının göndərilməsi üçün “Hesabat faylını yüklə” və “Göndərilmiş hesabatlar” linki yerləşdirilib:

“Hesabat şablon kitabı endirin” və “Arayış formasını endirin” bölmələrində isə, QHT-lərin Maliyyə Nazirliyinə təqdim etməli olduğu illik maliyyə hesabatlarının nümünəvi forması yerləşdirilib. Endirilən hesabat formasında təşkilata aid olan məlumatlar avtomatik olaraq doldurulduğundan təşkilat ancaq rəqəmləri qeyd edir. İl ərzində fəaliyyəti olmayan təşkilatlar isə hesabatlar əvəzinə proqram təminatından endirdiyi arayış formasını doldurmalıdır.

Hesabatları hazırlandıqdan sonra proqram təminatından “Nazirliyə göndərilmiş hesabatlar” bölməsində  “Yüklə” düyməsini sıxmaq lazımdır. Hesabat formasında hər hansı səhv aşkarlanarsa, bu zaman xəbərdarlıq məlumatı çıxır. Misal üçün, proqram təminatı hələ ki, Excel proqramının yalnız xlsx formatında olan faylını qəbul edir, əgər fayl digər formatlarda olarsa, aşağıdakı xəbərdarlıq çıxacaq:

Hazırlanmış “Hesabat şablon kitabı”nı yaddaşda saxladıqdan sonra baş menyudan “Nazirliyə göndərilmiş hesabatlar”ı tıklamaq lazımdır, sonra faylı seçib “Yüklə” düyməsinə basmaqla hesabatlar göndərilir. Əgər “Hesabat şablon kitabı” düzgün doldurulubsa, heç bir səhv yoxdursa, faylın yüklənməsi haqqında xəbərdarlıq istifadəçiyə, əks halda isə “Hesabat şablon kitabı”nda olan səhvlər istifadəçiyə göstərilir.

Proqram təminatı hesabatın qəbulu zamanı hər hansı çatışmazlıq aşkar etməzsə, bu zaman bildiriş əldə etmək üçün, “Göndərilmiş hesabatlar” bölməsində “Bildiriş” düyməsini sıxdıqda hesabatın qəbul olunması ilə bağlı aşağıdakı formada məlumat alacaqsınız: