Statistika hesabatları

Statistika orqanlarına hesabatlar elektron qaydada təqdim edilir. Bunun üçün təşkilat uçota alındığı statistika orqanına ərizə ilə müraciət etməli və statistika orqanı ilə müqavilə bağlamalıdır. Bundan sonra təşkilata hesabatın elektron qaydada təqdim edilməsi üçün kod verilir. Statistik hesabatların electron təqdimatı ilə bağlı ətraflı məlumat üçün bu linki tıklayın: http://www.stat.gov.az/menu/11/

Digər hüquqi şəxslər kimi QHT-lər də Statistika orqanlarına qanunla müəyyən edilmiş qaydada və müddətdə hesabat verməlidirlər. QHT-lər statistika orqanlarına aylıq və illik hesabatlar təqdim edirlər.

Aylıq hesabatlar 4-əmək №-li forma əsasında hesabat ayından sonrakı ayın 15-dək təqdim edilir.

QHT-lər iki illik hesabat təqdim edirlər: 1) “Əmək üzrə” – 1-əmək №-li illik rəsmi statistika hesabatı forması – hər il fevralın 8-dən gec olmayaraq təqdim edilir. 2) Qeyri-kommersiya təşkilatlarının gəlirləri və xərcləri haqqında hesabat – 1-QKT №-li forma – hər il martın 30-dək təqdim edilir.

Yuxarıda qeyd edilən hesabat formaları üçün bu linki tıklayın: http://www.stat.gov.az/menu/4/e-reports/az/10/010.php