DSMF hesabatları

QHT-lər uçota alındığı DSMF orqanına hər rüb və hər il hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. B1 formalı rüblük hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. B3 formalı İllik hesabat hər il üçün növbəti ilin mart ayının 1-nə kimi təqdim edilməlidir.

Hesabatlar elektron qaydada təqdim edilir. Bunun üçün əvvəlcə DSMF-nin rəsmi saytına (www.sspf.gov.az ) daxil olub “Elektron xidmətlər” bəndini və “interaktiv xidmətlər” bölməsində isə “Məcburi dövlət sosial sığortası üzrə hesabatların və məlumatların təqdim olunması”  xidmətini seçilməlidir.  Ekranın sağ tərəfində “Kömək”  düyməsini basmaqla qeydiyyatla bağlı zəruri məlumatları əldə edin, daha sonra “Yeni istifadəçinin qeydiyyatı” düyməsini basmaqla ərizə formasını elektron formada doldurun. Qeydiyyatdan keçirdikdən sonra istifadəçi kodunu, parolu və şifrəni almaq üçün uçotda aparılan DSMF-nin yerli orqanına müraciət edilməlidir. İstifadəçi kodu, parol və şifrə alındıqdan sonra DSMF-nin rəsmi saytına (www.sspf.gov.az) daxil olub “Elektron xidmətlər” bəndini və “interaktiv xidmətlər” bölməsində isə “Məcburi dövlət sosial sığortası üzrə hesabatların və məlumatların təqdim olunması”  xidmətindən istifadə edərək hesabatlar müvafiq qaydada tərtib edilə və elektron qaydada göndərilə bilər.