Statistika idarəsində qeydiyyat

Qeyri-Hökumət Təşkilatı vergi orqanları tərəfindən qeydiyyatdan keçdikdən sonra təşkilatın hüquqi ünvanının yerləşdiyi şəhərin/rayonun Statistika şöbəsinə müraciət edərək orada qeydiyyata alınmalıdır. Statistika şöbəsindən təşkilata qeydiyyat nömrəsi təqdim edilir və təşkilat həmin şəhər/rayon statistika idarəsində qeydiyyata düşərək müvafiq hesabatları statistika şöbəsinə təqdim etməyə borcludur.