Dövlət Sosial Müdafiə Fondunda qeydiyyat

Vergi orqanları tərəfindən qeydiyyata alınaraq VÖEN aldıqdan sonra QHT həmçinin Dövlət Sosial Müdafiə Fondunda da uçota durmalıdır.

  • Bakı şəhərində qeydiyyatda olan təşkilatlar Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhər Hüquqi Şəxslərlə İş Şöbəsinə,
  • digər şəhər və rayonlarda qeydiyyatda olan təşkilatlar DSMF-nun regionlardakı müvafiq şöbələrinə müraciət etməlidirlər.

Uçota alınma on-line qaydada aparılır. Bunun üçün QHT “asan imza” və yaxud “elektron imza” almalı və müəyyən olunmuş qaydada DSMF-ya ərizə ilə müraciət etməlidir. On-line qaydada uçota alınma qaydası ilə ətraflı şəkildə bu link vasitəsilə tanış ola bilərsiniz. http://www.sspf.gov.az/eservices/ . On-line qaydada uçota alınmaqda çətinlik çəkən QHT-lər bilavasitə DSMF-nin yerli şöbələrinə müraciət etməklə də uçota alına bilərlər.

Qeydiyyata alındıqdan sonra QHT-yə qeydiyyat şəhadətnaməsi təqdim olunur. Bu şəhadətnamədə təşkilatın DSMF-da qeydiyyata alınma tarixi və qeydiyyat nömrəsi əks olunur ki, bu nömrə vasitəsi ilə təşkilat DSMF ilə əlaqələrini tənzimləyir.