Vergi orqanında qeydiyyat

Vergi Məcəlləsinin 33.4 maddəsinə əsasən, Ədliyyə Nazirliyində qeydiyyatdan keçən hər bir hüquqi şəxs 30 gün müddətinə vergi orqanında qeydiyyata alınmalı və Vergi Ödəyicisinin Eyniləşmə Nömrəsi (VÖEN) əldə etməlidir. Müəyyən olunmuş müddətdə Vergi orqanında qeydiyyata alınması üçün müraciət olunmazsa 40 AZN məbləğində cərimə tətbiq olunur.