İctimai Birliyin qeydiyyatı

Dövlət qeydiyyatına alınmaq istəyən İctimai Birlik aşağıdakı sənədləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidir:

  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə Ərizə; (Nümunə 1)
  • İctimai birliyin nizamnaməsi; (Nümunə 2)
  • İctimai birliyin yaradılması, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarlar; (Nümunə 3)
  • Hüquqi ünvanı təsdiq edən sənəd (Mülkiyyət sahibibnin razılıq ərizəsi və hüquqi ünvan kimi göstərilmiş yerin mülkiyyət hüqüqunu göstərən sənədin notarial qaydada təsdiq olunmuş surəti); (Nümunə 4)
  • Dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
  • Təsisçi hüquqi şəxs olduqda – onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
  • Təsisçilər fiziki şəxslərdisə, onların şəxsiyyətini təsdiq edən sənədin surəti;
  • Qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti.
  • Təsisçisi (təsisçilər) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;
  • Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd.

Nümunə 1. Azərbaycan Respubllikasının Ədliyyə Nazirliyinə Ərizə

Nümunə 2. Ictimai Birliyin Nizamnaməsi

Nümunə 3. Təsis yığıncağının qərarı

Nümunə 4. Hüquqi ünvanla bağlı razılıq ərizəsi

Qeyd: Bu bir nümunədir və göstərilən məlumatlar (adlar, məqsədlər və vəzifələr, tarixlər, ünvanlar, təsisçilərin sayı) şərtidir. Hər bir təşkilatın fəaliyyət istiqamətinə uyğun olaraq məqsəd, hüquq və vəzifələri müəyyənləşdirilməlidir. Eləcə də nizamnamə nümunəsində digər bəndlərdə gəstərilən şərtlər təsisçilərin istəklərindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə dəyişdirilərək istifadə edilə bilər.