Sayt haqqında

Bu sayt “Demokratiyanı Öyrənmə” İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına informasiya, hüquqi və texniki dəstək üçün yaradılmışdır. Saytda QHT-lərin, o cümlədən xarici QHT-lərin filial və nümayəndəliklərinin yaradılması və qeydiyyatı, təşkilati və maliyyə idarəetməsi, o cümlədən müvafiq dövlət orqanlarına hesabatların təqdim edilməsi üzrə zəruri prosedurlar və tədbirlər haqqında məlumatlar, nümunələr və formalar yerləşdirilib. Müəyyən hallarda müvafiq məsələlər üzrə materiallar bilavasitə saytın özündə yerləşdirilsədə, bəzi hallarda bu müxtəlif səbəblərdən mümkün olmadığından və daha ətraflı məlumatın əldə edilməsi üçün həmin materialların yerləşdirildiyi başqa saytların linkləri verilib. Mövcud resurslardan istifadə etməkdə çətinlik çəkən şəxslər on-line hüquqi-texniki yardım almaq imkanına da malikdirlər.