Azərbaycan Respublikasında ödənişsiz hüquqi yardıma əlçatanlığın vəziyyəti üzrə hesabat

Bu Hesabat “Azərbaycanda aztəminatlı və həssas əhali qrupuna hüquqi yardım xidmətinin yaxşılaşdırılması” təşəbbüsü çərçivəsində Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı”nın dəstəyilə hazırlanıb. Araşdırmanın məqsədi Azərbaycanda pulsuz hüquqi yardım xidmətinin təşkili sahəsindəki mövcud hüquqi baza və praktikanın öyrənilməsi və bu sahədə islahatların sürətləndirilməsi və islahat gündəliyinin formalaşdrılmasına töhfə verməkdən ibarətdir.

You may also like...