Azərbaycanda QHT-lərin təşkilati və idarəetmə bacarıqlarının qiymətləndirilməsi üzrə hesabat

Untitled-1Azərbaycanda QHT sektorunun vəziyyəti ilə bağlı son 10 ildə aparılan bir çox araşdırmalarda və müzakirələrdə bu qurumların qeydiyyatında problemlərin olduğu qeyd edilib.

İCNL və ATƏT-in Bakı ofisi 2002-ci ildə birgə təşəbbüslə çıxış edərək Azərbaycanda QHT-lərin qeydiyyat problemi üzrə tədqiqat aparıb. Qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edilmiş 67 QHT-nin sənədlərinin araşdırılması əsasında qeydiyyatda problemlərin olduğu müəyənləşdirilib və bu problemlər sıralanıb.

ATƏT-in Bakı ofisi 2004-cü ildə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» 12 dekabr 2003-cü il tarixli Qanunun qəbulundan sonra qeyri-hökumət təşkilalarının qeydiyyatı sahəsindəki vəziyyətlə bağlı Hesabat hazırlayıb. Hesabatda qeydiyyata təqdim edilən 10 təşkilatın sənədlərinin ekspertizası əsasında problemlərin qanunun qəbulundan sonra da həll edilmədiyi qeyd edilib. 2011-ci ildə ATƏT-in Venesiya Komissiyasının ekspert qrupunun QHT qanunvericiliyi üzrə rəyində və qanunvericiliyin təkmilləşdirilməsi üzrə Tövsiyyələrində QHT-lərin qeydiyyat prosedurunun mürəkkəbliyi qeyd edilib və qeydiyyatın sadələşdirilməsi tövsiyyə edilib.

Azərbaycanda QHT-lərin təşkilati və idarəetmə bacarıqlarının qiymətləndirilməsi üzrə hesabat

Bunlar da hoşunuza gidebilir...