Status of the freedom of association in Azerbaijan– report on legislative analysis on NGOs

Untitled-1 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsi “Birləşmək hüququ” başlığı altında hər kəsin başqaları ilə birləşmək hüququnun olduğunu bildirir. Bununla da istər hüquqi, istərsə də fiziki şəxslərin bu hüquqa sahib olduğu, bu hüquqdan faydalana biləcəyi və bunun bir haqq olaraq Konstitusiya ilə təminat altına alındığı görülür. Maddənin 2-ci bəndində isə: “Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir ”- deyilməklə, birləşmək hüququnun çərçivəsinin geniş tutulduğunu göstərir. Buraya, həm siyasi partiyaların qurulması, fəaliyyəti, həm həmkarlar təşkilatlarının yaradılması və fəaliyyəti, həm də istənilən formada digər birliklərin yaradılmasını və fəaliyyətini daxil etmiş, beləliklə klassik birləşmək hüququnun çərçivəsinə sadiq qalmışdır.

Azərbaycan Birləşmək Hüququnun Vəziyyəti – QHT-lərin Timsalında Qanunvericiliyin təhlili üzrə hesabat

Bunlar da hoşunuza gidebilir...